Gələcəyimizi qoruyaq, narkomaniyaya yox deyək
Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon Gənclər Evi və 3 saylı orta məktəbdə “Narkomaniyasız sağlam həyat” mövzusunda maarifləndirici görüşlər təşkil olunub.
RPŞ-nin rəisi polis polkovniki Müqalib Abdıyev “ağ ölüm”ün cəmiyyətdə səbəb olduğu sosial bəlalar barədə məktəbliləri məlumatlandırıb, zərərli vərdişlərdən qorunma yollarını diqqətə çatdırıb.
Bildirilib ki, həyatı iflic edən narkomanlığa qarşı münasibətdə hər kəs barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıdır.
İnteraktiv formatda davam edən tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli videoçarxlar nümayiş etdirilib. Yığcam Göstər





































































