Qaxda maarifləndirici görüş keçirilib

Hit: 157
Qaxda maarifləndirici görüş keçirilib
Qax şəhəri Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə İnsan Hüquqları Aylığı çərçivəsində hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin rəis müavini, mayor Babək Abbasov, Qax Rayon Məhkəməsinin sədr müavini Asim Mirzəzadə, Qax Rayon Prokurorunun  müavini Səxavət Əhmədov,Qax Rayon Polis Rəisinin şəxsi heyət üzrə köməkçisi,polkovnik-leytenant Elvin Məmmədov, Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Allahverdiyev,Vətən müharibəsi qaziləri mayor  Rahib Nizamov və Mail Məmmədov iştirak etmişlər.
 
Çıxışlar zamanı insan hüquq və azadlıqlarının qorunması, hüquqi maarifləndirmənin əhəmiyyəti, vətəndaş məsuliyyəti və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi mövzularına toxunulub. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara hüquqi biliklərin artırılması istiqamətində tövsiyələr verilib. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.






Redaktorun seçimi