“Xsolla Baku”nun şirkətinin iştirakı ilə ADNSU-da təqdimat olub

Hit: 168
“Xsolla Baku”nun şirkətinin iştirakı ilə ADNSU-da təqdimat olub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qlobal oyun sənayesi üzrə fəaliyyət göstərən “Xsolla Baku” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
 
Görüşdə “Xsolla Baku”nun Baş direktoru Dr. Fuad Kərimov şirkətin dünya üzrə fəaliyyəti, oyun sənayesində tətbiq etdiyi innovativ həllər, eləcə də Azərbaycan oyun ekosisteminin inkişafına yönəlmiş təşəbbüslər barədə ətraflı təqdimatla çıxış edib. 
 
Tədbir zamanı “Xsolla Baku”nun Azərbaycanda həyata keçirdiyi inkubasiya proqramları, gaming bootcamplər, hackathonlar, icma tədbirləri və gələcəkdə yaradılması planlaşdırılan “Gaming Academy” layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, şirkət universitetlərlə əməkdaşlıq çərçivəsində tələbələrin oyun inkişafı, game design və game art sahələrində bilik və bacarıqlarının artırılmasını hədəfləyir.
 
Görüşdə “Xsolla Baku”nun əməkdaşı Əli Quliyev də çıxış edərək “Xsolla Baku”nun tələbələr üçün nəzərdə tutduğu proqramlar, beynəlxalq tədbirlərdə iştirak imkanları, təlimlər və universitetlərlə əməkdaşlıq mexanizmləri barədə təqdimat edib. O, tələbələrin innovativ layihələrə cəlb olunmasının və oyun sənayesində karyera imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.






Redaktorun seçimi