AzTU rektoru Fizika-riyaziyyat və informatika təmayüllü liseydə abituriyentlərlə görüşüb

Hit: 166
AzTU rektoru Fizika-riyaziyyat və informatika təmayüllü liseydə abituriyentlərlə görüşüb
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, Türkiyə-Azərbaycan Universitetinin (TAU) r.v.i.e. Vilayət Vəliyev Fizika-riyaziyyat və informatika təmayüllü liseydə abituriyentlərlə görüşüb. Görüşdə hər iki universitetin əməkdaşları da iştirak edib.
 
Vilayət Vəliyev AzTU və TAU-da tədris mühiti, beynəlxalq əlaqələr, laboratoriyalar, ikili diplom proqramları, yeni layihələr və müasir yanaşmalar barədə abituriyentlərə ətraflı məlumat verib.
 
Daha sonra çıxış edən hər iki universitetin nümayəndələri ayrı-ayrı ixtisaslar üzrə tədris proqramları, tələbələr üçün yaradılan şərait barədə geniş təqdimat ediblər.
 
İnteraktiv formatda davam edən görüşdə abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
 






Redaktorun seçimi