Gəncədə qanunsuz tikintiyə qarşı nəzarət tədbirləri davam etdirilir

Hit: 167
Gəncədə qanunsuz tikintiyə qarşı nəzarət tədbirləri davam etdirilir
Gəncə şəhərində müvafiq icazəverici sənədlər olmadan həyata keçirilən tikinti işləri ilə bağlı nəzarət tədbirləri davam etdirilir. Növbəti monitorinq zamanı Məmməd Altunbəy küçəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikinti aşkarlanıb və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
 
Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında şəhər ərazisində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılmış komissiyanın üzvləri, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
 
Şəhər ərazisində qanunsuz tikinti hallarının qarşısının alınması məqsədilə monitorinqlərin bundan sonra da mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.






Redaktorun seçimi