ADDA qiyabi formada təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) 2026/2027-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə qiyabi formada ödənişli əsaslarla təkrar ali təhsilə sənəd qəbulu elan edir:
İxtisas: 6006006 – Dəniz naviqasiyası mühəndisliyi
İxtisas: 6006012 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi
Təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada portal.edu.az platforması vasitəsilə həyata keçirilir. Qeyd edilən ixtisaslara qəbul olmaq istəyənlər lazımi sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Sənədlərin qəbulu 9 iyun 2026-cı il tarixindən 24 avqust 2026-cı il tarixinədək aparılacaq.
Portal.edu.az-da qeydiyyatdan keçmiş şəxslər Akademiyaya müsahibəyə dəvət olunacaqlar. Müsahibəyə dəvət olunan şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Rektorun adına ərizə
- Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti
- İş yerindən arayış (işləyənlər üçün)
- 3x4 ölçüdə 6 ədəd fotoşəkil
- Şəxsiyyət vəsiqəsinin surəti
- Sağlamlıq haqqında arayış
- Yaşayış yerindən arayış
İllik təhsil haqqı: 3800 AZN.
Tələbələr təhsil aldıqları müddətdə nəzəri diplomla yanaşı, işçi diplom, dənizçinin qeyd kitabçası, dənizçinin şəxsiyyət sənədi və müvafiq sertifikatlarla təmin olunurlar.
Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyaya təkrar ali təhsil üçün müraciət edə bilərlər.
Təkrar ali təhsilə sənəd verən şəxslərin baza təhsil məlumatları ”Tələbə-Məzun” dövlət elektron məlumat sistemində (TM DEMS) əks olunmalıdır.




































































