Tam orta məktəb layihəsi ilə bağlı təbliğat görüşlərinə start verilib

Hit: 175
Tam orta məktəb layihəsi ilə bağlı təbliğat görüşlərinə start verilib
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ilindən etibarən təmayül tədris modelinin tətbiq ediləcəyi "Tam orta məktəb" layihəsi ilə bağlı təbliğat görüşlərinə start verilib.
 
Görüşlərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdür müavini Elmin Məmmədtağıyev, ümumi təhsil müəssisələrinin 9 və 10-cu sinif şagirdləri, onların valideynləri, eləcə də pedaqoji heyət iştirak edib.
 
Çıxışı zamanı Elmin Məmmədtağıyev bildirib ki, tam orta məktəb layihəsi tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin maraq və qabiliyyətlərinə uyğun təhsil almalarına, ali təhsilə hazırlıq prosesinin daha səmərəli təşkilinə və keyfiyyətli təhsil imkanlarının genişləndirilməsinə xidmət edir. Qeyd olunub ki, təmayül tədrisi şagirdlərin gələcək peşə və ixtisas seçimlərinə daha hazırlıqlı yanaşmalarına imkan yaradır.
Görüşlərdə layihənin artıq uğurla icra olunduğu Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbin müəllim və şagirdləri də çıxış edərək öz təcrübələrini bölüşüb, layihənin üstünlükləri barədə iştirakçılara məlumat veriblər.
 
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə ilə bağlı ətraflı müzakirələr aparılıb.






Redaktorun seçimi