İndoneziyanın Azərbaycandakı səfiri Şamaxıya səfər edib
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi və səfirliyin əməkdaşları Şamaxı rayonuna səfər edib.
Səfər zamanı səfir Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb. Görüş zamanı Şamaxı rayonunun tarixi və müasir sosial-iqtisadi inkişafı barədə söz açılıb.
Rayona səfəri çərçivəsində səfir Azərbaycanın ən qədim məscidi olan Şamaxı Cümə Məscidini, Kələxana türbələri kompleksini, Şamaxı Yaradıcılıq Mərkəzini ziyarət edib, o cümlədən, Meysəri kəndində yerləşən "Şirvan Şərabları" müəssisəsi və Alpaka ferması ilə də tanış olub.







































































