“İş yerində insan hüquqları və əməkdaş məsuliyyətləri” mövzusunda tədbir keçirilib

Hit: 158
“İş yerində insan hüquqları və əməkdaş məsuliyyətləri” mövzusunda tədbir keçirilib
Təbiət elmləri fakültəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində “İş yerində insan hüquqları və əməkdaş məsuliyyətləri” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Təbiət elmləri fakültəsinin dekan vəzifəsini icra edən, dosent Musa Mustafayev ölkəmizdə insan hüquqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib.
 
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə mühüm əhəmiyyət daşıyır. Həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Çıxış zamanı iş yerlərində insan hüquqlarının qorunmasının, əməkdaşların hüquq və vəzifələrinin düzgün müəyyənləşdirilməsinin sağlam əmək mühitinin formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, hüquq və öhdəliklər arasında balansın qorunması qarşılıqlı etimadın və iş məhsuldarlığının artmasına şərait yaradır. Tədbirdə əmək şəraitinin təmin olunması istiqamətində görülən işlərdən bəhs olunub və iştirakçıların sualları cavablandırılıb.






Redaktorun seçimi