ADNSU-da təlim keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ignite” İnkubasiya proqramına start verilib. Proqram çərçivəsində ilk təlim “Startup mindset və lean startup” mövzusunda keçirilib.
Təlimçi, Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru Vüsal Süleymanlı iştirakçılara startap düşüncə tərzi, innovativ ideyaların inkişaf etdirilməsi və Lean startup yanaşmasının əsas prinsipləri barədə ətraflı məlumat verib. Sessiya çərçivəsində ideyaların effektiv şəkildə test olunması, bazar ehtiyaclarının müəyyənləşdirilməsi və istifadəçi yönümlü məhsulun formalaşdırılması praktiki nümunələrlə izah olunub.
İnteraktiv formatda təşkil olunan təlim müzakirələr, real nümunələr və iştirakçıların ideyaları üzərində aparılan analizlərlə davam etdirilib. İştirakçılar təqdim olunan metod və yanaşmalar vasitəsilə ideyalarının bazar potensialını qiymətləndirmək və onları daha effektiv formada inkişaf etdirmək imkanı əldə ediblər.
Təlimin əsas məqsədi tələbələrdə innovativ düşüncə və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, startapların ilkin mərhələdə düzgün formalaşdırılması və bazar yönümlü yanaşmaların tətbiqi ilə bağlı praktiki bilik və bacarıqlar qazandırmaq olub.









































































