"Gender Hub" İctimai Birliyi tərəfindən maarifləndirmə tədbiri keçirilib

Hit: 162
"Gender Hub" İctimai Birliyi tərəfindən maarifləndirmə tədbiri keçirilib
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və Gənclərin Gender Bərabərliyi Mərkəzi "Gender Hub" İctimai Birliyinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
 
Tədbirin açılış nitqi Gənclərin Gender Bərabərliyi Mərkəzi "Gender Hub" İctimai Birliyinin sədri Məryəm Məcidova tərəfindən edilərək, çıxışında tədbirin keçirilməsində dəstəyə görə Agentliyin rəhbərliyinə öz dərin təşəkkürünü bildirərək, bu kimi tədbirlərinin gələcəkdə də keçirilməsinin iştirakçıların maariflənməsi baxımından məqsədəuyğun olmasını bildirib. Eyni zamanda, sədr tərəfindən birliyin fəaliyyəti və həyata keçiridiyi layihələrlə bağlı məlumat verilib. 
 
Tədbir zamanı, layihə çərçivəsində ucqar ərazilərdə yerləşən məktəblərdə təhsil alan şagirdlərə bərpa olunan enerji mövzusunda müvafiq maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı məlumatlar təqdim edilib.
 
Daha sonra Agentliyin Layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Emil Kərimzadə tərəfindən bərpa olunan enerji mənbələri, xüsusilə külək və günəş enerjisi haqqında nəzəri biliklər, ölkəmizdə bu sahədə həyata keçirilən layihələr və görülən işlərlə bağlı məlumat verilib. 
Sonda görüş layihə müddətində fəal iştirak edən iştirakçılara sertifikatların təqdim edilməsi ilə başa çatıb.






Redaktorun seçimi