Taleh Qaraşov şəhid anasının hüzr mərasimində iştirak edib

Hit: 160
Taleh Qaraşov şəhid anasının hüzr mərasimində iştirak edib
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Birinci Qarabağ müharibəsi zamanı şəhid olan Qurbanov Rəsul Əbdülqəni oğlunun anası Qasımova Balanaz Əliqasım qızının hüzr mərasimində iştirak edib.
 
Şəhidin ailə üzvlərinə başsağlığı verən icra başçısı bildirib ki, Vətən uğrunda canından keçən qəhrəman igidlərimizin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onlar torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərərək tarix yazıblar və onların ailələrinə qayğı göstərmək hər birimizin mənəvi borcudur.
 
Şəhid ailəsinin üzvləri də onlara göstərilən diqqət və ehtirama görə təşəkkür ediblər və bütün bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 






Redaktorun seçimi