50 il əvvəl AzTU-nu bitirən məzunlar universiteti ziyarət edib
1976-cı ildə Azərbaycan Texniki Universitetini (AzTU) bitirən bir qrup məzun universiteti ziyarət edib.
50 il əvvəl təhsil aldıqları universitetdə olmaqdan qürur hissi keçirdiklərini deyən məzunlar xoş xatirələrini bölüşüblər.
Qeyd olunub ki, AzTU bütün dövrlərdə mühəndislik istiqamətində yüksəskixtisaslı kadrlar hazırlayıb. Hazırda 73 yaşında olan məzunlar universitetin son illər müasir səviyyədə inkişafını fəxrlə izlədiklərini bildiriblər.
Daha sonra məzunlar AzTU-nun həyətində xatirə fotoları çəkdiriblər.










































































