Şəkidə şəhid övladları üçün yaz düşərgəsi reallaşdırılıb

Hit: 164
Şəkidə şəhid övladları üçün yaz düşərgəsi reallaşdırılıb
İyunun 1-dən 4-dək Şəki Olimpiya İdman Kompleksində 14-15 yaşlı şəhid övladları üçün yaz düşərgəsi təşkil olunub. 40 şəhid övladını əhatə edən düşərgə Gənclər və İdman Nazirliyinin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, “Qəbələnd” əyləncə mərkəzinin dəstəyi ilə baş tutub.
 
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən düşərgənin əsas məqsədi iştirakçıların intellektual, sosial və şəxsi inkişafına dəstək göstərmək, onların yaradıcılıq potensialını və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək olub.
 
Açılış mərasimindən sonra müxtəlif komanda oyunları keçirilib, həmçinin Şəki Xan Sarayına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna və Karvansaraya ekskursiya təşkil olunub. Növbəti gün iştirakçılar psixoloji təlim və inkişafyönümlü seanslarda iştirak edib, eləcə də “Qəbələnd” əyləncə mərkəzinə və "Şəki Yayla"sına səfər ediblər.
Şəhid övladları Şəki “ABAD” mərkəzində dulusçuluq, toxuculuq və keramika sahələri üzrə təlimlərə də qatılıblar. “Dayaq” Xeyriyyə Cəmiyyəti tərəfindən “Ağız boşluğu gigiyenası” mövzusunda maarifləndirici təlimlər keçirilib və tibbi müayinələr təşkil olunub.
 
Bağlanış mərasimindən sonra iştirakçılar üçün Qax rayonunda piknik təşkil edilib.






Redaktorun seçimi