Növbəti vətəndaş qəbulu Lənkəranda keçirilib

Hit: 166
Növbəti vətəndaş qəbulu Lənkəranda keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Lənkəran rayonunda vətəndaş qəbulu keçirib.  
 
20-yə yaxın vətəndaşın iştirak etdiyi qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminatı və digər sosial məsələlər üzrə müraciətləri dinlənilib. Əlavə araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. 
 
Qeyd edək ki, mütəmadi olaraq respublikanın müxtəlif rayonlarında təşkil edilən qəbullar barədə məlumat Agentliyin sosial media hesablarında paylaşılır. Qəbullarda iştirak etmək istəyən vətəndaşlar (012) 525-41-30 (daxili 5625, 5614) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, Agentliyin yerli filiallarına yaxınlaşa, o cümlədən sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər.






Redaktorun seçimi