BDU-da çiçəkəkmə aksiyası

Hit: 165
BDU-da çiçəkəkmə aksiyası

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK), “BDU könüllüləri”, Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar çiçəkəkmə aksiyası keçirilib.

Çiçəkəkmə aksiyasında adıçəkilən gənclər təşkilatlarının üzvləri, müxtəlif fakültələrin tələbələri iştirak ediblər.
 
Aksiya zamanı Universitetin həyətində müxtəlif növlü çiçəklər əkilib.
 
Aksiyanın məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.






Redaktorun seçimi