Kəndlərdə keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin icrası davam etdirilir

Hit: 155
Kəndlərdə keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin icrası davam etdirilir
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun kəndlərdə keçirdiyi səyyar görüşlər zamanı vətəndaşların irəli sürdüyü müraciətlər qısa müddətdə həll olunur:
Çaylı kəndində icra nümayəndəliyinin,  Biləsuvar Bələdiyyəsinin və Biləsuvar Su Meliorasiya Sistemləri İstismar İdarəsinin köməkliyi ilə  Şəhid Elməddin Babayev küçəsində sakinlərin evinin qarşısından keçən və yağış sularının axıdılması üçün istifadə olunan  arxa  200 mm diametrində boru quraşdırılmış, Şəhid Sahil Məmişli küçəsində həyətyanı torpaqların suvarılması üçün nəzərdə tutulan  su kanalı və Çaylı kənd məktəbinin ərazisindən keçən su arxı  lildən təmizlənərək, su ötürücülük qabiliyyəti artırılmış və kanala birləşdirilmişdir.
 
Bağbanlar kəndində icra nümayəndəliyinin, Bağbanlar Bələdiyyəsinin  və Mərkəzi Muğan Kollektorlar İdarəsinin köməkliyi ilə şor kollektoru lildən təmizləmiş, Bağbanlar bələdiyyəsi tərəfindən  yeni yaşayış massivində su arxları çəkilmiş, küçələrdə qreyderlə hamarlama işləri görülmüşdür.
 
Əgdərabad kəndində icra nümayəndəliyi və kənd bələdiyyəsinin köməyi ilə sıradan çıxmış küçə işıqlandırma lampaları yenilənmişdir.
Vətəndaşlarımızın rifahının yüksəldilməsi istiqamətində kəndlərdə görülən abadlıq və təsərrüfat işləri mütəmadi olaraq diqqətdə saxlanılır. 






Redaktorun seçimi