ADDA-da yaz semestrinin imtahan sessiyası başlayıb

Hit: 164
ADDA-da yaz semestrinin imtahan sessiyası başlayıb
1 iyun 2026-cı il tarixindən ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2025–2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.
 
İyulun 3-dək davam edəcək imtahanlar yazılı, test, sistemdaxili yazılı, sistemdaxili test-yazılı və şifahi formalarda keçirilir.
 
İmtahanlar Akademiyanın hər iki tədris binasında təşkil olunur.
 
Sessiyanın gedişinə nəzarət edilməsi, nəticələrin qısa zamanda elan olunması, eləcə də tələbələrin müraciətlərini operativ araşdırmaq və prosesdə yarana biləcək məsələləri çevik şəkildə həll etmək məqsədilə İmtahan Qərargahı və Müşahidə Qrupu yaradılıb, müvafiq komissiyalar fəaliyyət göstərir.
 
Həmçinin imtahanların keçirilməsi zamanı ictimai nəzarət mexanizmləri tətbiq olunur, müasir informasiya texnologiyalarından və “Elektron Akademiya” platformasının imkanlarından geniş istifadə edilir.






Redaktorun seçimi