Ali Məhkəmədə keçirilən ELSA məhkəmə müsabiqəsinin qalibi məlum olub

Hit: 152
Ali Məhkəmədə keçirilən ELSA məhkəmə müsabiqəsinin qalibi məlum olub
Azərbaycan Respublikasının Ali Məhkəməsində ELSA Azərbaycan (ELSA Azerbaijan) tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maliyyə və təşkilati dəstəyi ilə XV Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi və bağlanış mərasimi keçirilib.
 
Tədbirdə çıxış edən Vəkillər Kollegiyası sədrinin müavini Şahmar Məmmədov Hüquq fakültəsinin tələbələrinin simulyasiya xarakterli məhkəmə proseslərində iştirakının onların nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 
Sədr müavini qeyd edib ki, Vəkillər Kollegiyası hüquq təhsili alan gənclərin peşəkar inkişafına yönəlmiş təşəbbüslərə hər zaman xüsusi önəm verir və bu kimi layihələri daim dəstəkləyir. Şahmar Məmmədov hüquqşünas tələbələrin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, onların vəkillik peşəsinə marağının artırılması və hüquqi biliklərinin təkmilləşdirilməsi istiqamətində Kollegiya tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Sədr müavini final mərhələsində iştirak edən bütün komandalara uğurlar arzulayaraq, yarışın iştirakçılar üçün faydalı təcrübə və peşəkar inkişaf baxımından mühüm platforma olacağına əminliyini ifadə edib.
 
Mərasimdə ELSA Azərbaycanın rəhbəri Tarif Hüseynov çıxış edərək müsabiqənin təşkilində göstərdiyi maddi və təşkilati dəstəyə görə Vəkillər Kollegiyasına minnətdarlığını ifadə edib. Eyni zamanda final mərhələsinin Ali Məhkəmədə keçirilməsinə imkan yaratdığına görə məhkəmə rəhbərliyinə dərin təşəkkürünü bildirib.






Redaktorun seçimi