Əməyin mühafizəsinə dair növbəti sertifikatlar təhsil işçilərinə təqdim olunub

Hit: 151
Əməyin mühafizəsinə dair növbəti sertifikatlar təhsil işçilərinə təqdim olunub
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əməyin mühafizəsi üzrə maarifləndirmə təlimlərini uğurla başa vuran təhsil işçilərinə sertifikatlar təqdim olunub.
 
Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən keçirilən təlimlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 73 əməkdaşı iştirak edib.
 
Təlimlərdə iştirakçılara əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydaları, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılması, “Vision Zero” yanaşması, eləcə də AZS ISO 45003 standartının əsas tələbləri barədə məlumatlar verilib.
 
Təlimlərin yekununda iştirakçıların bilikləri müəyyən edilmiş suallar əsasında yoxlanılıb. Nəticələr Əməyin Mühafizəsi Mərkəzinin təlim reqlamentinə uyğun qiymətləndirilib və təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.






Redaktorun seçimi