Ərəş kəndində səyyar qəbul keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Ərəş kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları,rayonun hüquq-mühafizə orqanlarının və xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciət və təklifləri dinlənilib, onları narahat edən müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində araşdırılaraq müvafiq izahatlar verilib, həlli vaxt tələb edən müraciətlərin isə aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsi və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün tapşırıqlar verilib





































































