“İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib

Hit: 169
“İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən məişət zorakılığı qurbanlarının iştirakı ilə “İnsan hüquqları aylığı”na həsr olunmuş maarifləndirici görüşlər təşkil edilib.
 
Tədbirlər çərçivəsində iştirakçılara insan hüquqları, hüquqi müdafiə mexanizmləri, dövlət tərəfindən göstərilən sosial xidmətlər, eləcə də mövcud dəstək resursları barədə ətraflı məlumat verilib. Həmçinin onların hüquqlarının müdafiəsi istiqamətində məlumatlılığının artırılması, təhlükəsiz və müstəqil həyat bacarıqlarının formalaşdırılması ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
 
Görüşlər zamanı şəxsi sərhəd anlayışı, fiziki, emosional və sosial sərhədlərin əhəmiyyəti barədə də məlumat verilib. Benefisiarlarla “yox” demək bacarığının formalaşdırılması, şəxsi toxunulmazlıq hüququnun təmin edilməsi və təhlükəsizlik bacarıqlarının inkişaf etdirilməsi mövzuları müzakirə olunub.
 
Keçirilən tədbirlərin məqsədi məişət zorakılığı qurbanlarının hüquqi savadlılığının artırılması, bu sahədə məlumatlılığın gücləndirilməsi, özünəinam hissinin inkişaf etdirilməsi və cəmiyyətə uğurlu inteqrasiyasına dəstək göstərilməsidir.






Redaktorun seçimi