Ramin Məmmədov “Cümə” məscidini ziyarət edib

Hit: 169
Ramin Məmmədov “Cümə” məscidini ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Xəzər rayonunun Qala qəsəbəsində yerləşən “Cümə” və “Süleyman” məscidlərini ziyarət edib.
Məscidlərdə din xadimləri ilə görüş zamanı ölkədə dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər, dövlət-din münasibətlərinin əhəmiyyəti müzakirə olunub.
 
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq ölkəmizdə formalaşmış dövlət-din münasibətləri modeli müxtəlif dini konfessiyaların nümayəndələri arasında qarşılıqlı hörmət və əməkdaşlıq mühitini təşviq edir. O, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ənənələrinin möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib və dini təhsil sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıb.
 
Ramin Məmmədov din xadimlərinin cəmiyyətdə nüfuzunun artırılması, onların peşəkar hazırlığının gücləndirilməsi və sosial statusunun yüksəldilməsi istiqamətində dövlət tərəfindən davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Gənc nəsilin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.
 
Görüşdə din xadimləri gənclərin maarifləndirilməsi və dini tolerantlığın təşviqi istiqamətində birgə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Dini qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıblar.








Redaktorun seçimi