İyun ayında 17 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır.
Mərkəzdən Faktor.az-a verilən məlumata görə, iyun ayı ərzində Bakı şəhəri üzrə 12, respublikanın digər şəhər və rayonlarında isə 5 aptek olmaqla, ümumilikdə 17 aptekdə yoxlama həyata keçirilib.
Yoxlamalar nəticəsində apteklərdə hər hansı nöqsan qeydə alınmayıb.


