Attestata yanlış qiymət yazıldığı üçün direktor cəzalandırılıb

Attestata yanlış qiymət yazıldığına görə Ağsu rayon Dilman kənd tam orta məktəbinin direktoru cəzalandırılıb.
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Ağsu rayon Dilman kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Valehov Elmir Emil oğlunun 2024-2025-ci tədris ili üzrə illik qiymətləri jurnaldan DİM-in "Şagird-məzun" sisteminə işlənilərkən məktəb rəhbərliyi tərəfindən texniki səhv edilərək riyaziyyat və Azərbaycan dili fənləri üzrə yanlış qiymətlər işlənilib.
"Sonradan qiymətlərə sistemdə düzəliş edilib. Şagirdə düzgün qiymətlər yazılaraq yeni attestat təqdim edilib. Bununla əlaqəli məktəb direktoru haqqında intizam tənbehi görülüb", - deyə məlumatda qeyd olunub.


