BMU ilə “Huawei Technologies Azerbaijan" arasında əməkdaşlıq müzakirə edilib

Hit: 162
BMU ilə “Huawei Technologies Azerbaijan" arasında əməkdaşlıq müzakirə edilib
Bakı Mühəndislik Universiteti (BMU) Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzində “Huawei Technologies Azerbaijan” şirkəti ilə əməkdaşlıq perspektivlərinə dair ilkin görüş keçirilib.
 
Görüşdə informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, İKT istiqaməti üzrə bir qrup müəllim və tələbənin “Huawei Technologies Azerbaijan” tərəfindən süni intellekt və 5G texnologiyaları sahəsində keçiriləcək təlimlərə cəlb olunması, təcrübə mübadiləsi, həmçinin bu sahədə tədris və infrastrukturun inkişafına yönəlmiş birgə layihələrin icrası məsələləri müzakirə edilib.
 
BMU ilə “Huawei Technologies Azerbaijan” arasında əməkdaşlıq memorandumunun imzalanması istiqamətində də ilkin razılıq əldə edilib. Yaxın günlərdə sənədin hər iki tərəfin rəhbər heyətinin iştirakı ilə imzalanması və əməkdaşlığın konkret istiqamətlərini əhatə edən fəaliyyət planının hazırlanması nəzərdə tutulur.
 
Qeyd edək ki, BMU Çinin nüfuzlu universitet və müəssisələri ilə sıx əməkdaşlıq edir və yeni tədris ilindən etibarən Pekin Kimya Texnologiya Universiteti ilə ikili diplom proqramının icrasına başlayacaq. Dövlət-universitet-sənaye əməkdaşlığı modelini uğurla həyata keçirən BMU beynəlxalq şirkətlərlə də tərəfdaşlığı gücləndirməkdədir.








Redaktorun seçimi