Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Böyük Britaniyanın “Improvement and Efficiency Social Enterprise (iESE)” müəssisəsi tərəfindən keçirilən nüfuzlu “iESE Awards 2025” müsabiqəsində qalib elan olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Faktor.az-a verilən məlumata görə, DƏMX hökumət orqanı kimi transformasiya sahəsində həyata keçirdiyi mühüm və innovativ təşəbbüslərə görə "Certificate of Excellence Winner 2025" mükafatına layiq görülüb.
Xidmətin idarəetmə, xidmət keyfiyyəti və rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi sistemli və qabaqcıl təşəbbüslər, xüsusilə “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzərindən təqdim olunan xidmətlər, bu istiqamətdə atılmış innovativ addımlar və rəqəmsal həllərə verdiyi töhfələr müsabiqənin tədqiqat qrupu tərəfindən yüksək qiymətləndirilib.
iESE müsabiqəsinin qalibləri arasında Azərbaycanla yanaşı, İngiltərə, Şimali İrlandiya və Birləşmiş Ərəb Əmirliklərindən olan dövlət orqanları da yer alıb.


