Naxçıvanda məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı artıb

Hit: 172
Naxçıvanda məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı artıb
Naxçıvan Muxtar Respublikası ümumtəhsil müəssisələrində məzunlara attestatların verilməsinə başlanılıb. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki,  2024-2025-cü tədris ilində Muxtar Respublikanın təhsil müəssisələrinin IX siniflərini 4752, XI siniflərini isə 3992 məzun bitirib. Onlardan ümumi orta təhsil səviyyəsi üzrə 196, tam orta təhsil səviyyəsi üzrə isə 277 məzun təhsilini fərqlənmə attestatı ilə başa vurub. 
 
Fərqlənmə attestatı ilə bitirən məzunların sayı  ötən illə müqayisədə ümumi orta təhsil səviyyəsi üzrə 47,  tam orta təhsil səviyyəsi üzrə isə 8 faiz  artıb.








Redaktorun seçimi