"YAŞAT" düşərgəsinin birinci həftəsi başa çatıb - FOTOLAR

Hit: 169
"YAŞAT" düşərgəsinin birinci həftəsi başa çatıb - FOTOLAR
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Groupun və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsi maraqlı və əyləncəli anlarla yadda qalır.
 
İlk həftənin sonuncu günlərində idman, hoteldaxili əyləncə, kino və hovuz saatları uşaqların asudə vaxtlarını daha xoş keçirmələrinə imkan verib.
 
Uşaqlar Everest zirvəsinə qalxan azərbaycanlı qadın alpinist Vəfa Musayeva ilə görüşdə mövzu ilə bağlı çoxsaylı suallarına cavab tapa biliblər. 
 
Həmçinin nağılçı, dublyaj aktyoru Kamal Yaşar ilə keçirlən animasiya saatında SİMART-ın hazırladığı “Kaktusun fədakarlığı” işi müzakirə edilib. İnteraktiv oyun saatında yazıçı Amin Orucla birgə komanda işi, sürətli düşünmə və sərbəst qərarvermə bacarıqları üzrə müxtəlif oyunlar oynanılıb.  Bütün iştirakçılara "İçərişəhərin sirli sakini" və "Ən gözəl hədiyyə" kitabları, qaliblərə isə "Fazzi:Oyanış" kitabı hədiyyə olunub..
 
"VAVA Constructor" ustad dərsində uşaqlar minimateriallar ilə tanış olub,  ideyaları əsasında müxtəlif tikililər düzəldiblər.  Öyrədici formatda keçən görüşün sonunda bütün iştirakçılara konstruktor dəstləri hədiyyə edilib.  
 
“innoBala”-Yaradıcı İnkişaf Mərkəzi ilə görüşdə isə miniterrarium hazırlanıb və elmi təcrübələr aparılıb.
 
Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun iştirakı ilə uşaqlara hədiyyələr təqdim olunub. 
 
Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;
 
Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar,  DTİK,  DadHouse;
 
 
 
Dəstəkçilər:  Lənkəran Şəhər İcra Hakimiyyəti, “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “Badamlı Mineral Suları”, “Happy day cake”, “VAVA Constructor”, “innoBala” - Yaradıcı İnkişaf Mərkəzi, SİMART Sağlam İnkişaf Platforması;
 
Media dəstəyi: ASAN Radio/TV
1
1
1
1
1
1








Redaktorun seçimi