DMX “Ümumdünya Qaçqınlar Günü” münasibətilə tədbir keçirib

Hit: 158
DMX “Ümumdünya Qaçqınlar Günü” münasibətilə tədbir keçirib
20 iyun – “Ümumdünya Qaçqınlar Günü” münasibətilə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizdə qaçqın statusu verilmiş şəxslərin azyaşlı uşaqları üçün tədbir təşkil edilib.
 
Xidmətin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi və DMX Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir çərçivəsində uşaqlar üçün Mərkəzi Nəbatat Bağına ekskursiya təşkil edilib, ekskursiya zamanı onlara müxtəlif bitki növləri, onların ekologiyası və mühafizəsinin əhəmiyyəti barədə məlumat verilib. Sonra təşkil olunmuş bayram proqramı çərçivəsində onlar xoş və yaddaqalan vaxt keçiriblər.








Redaktorun seçimi