Qadınların hüququ təhsildən başlayır - Jalə Əhmədova - VİDEO

Hüquqşünas, "Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək" İB İdarə Heyətinin üzvü Jalə Əhmədova İctimai televiziyada yayımlanan "Sabahın Xeyir Azərbaycan" verilişinin qonağı olub.
Jalə Əhmədova qadın hüquqları baradə ətraflı məlumat verib:
"Hüquqi müstəvidə qadın azadlığı deyəndə, qadının seçim hüququ, ali təhsil almaq hüququ, özünü tanımaq və tanıtdırmaq hüququ həmçinin cəmiyyət tərəfindən qəbul olunmaq hüquqları təməl anlayışları kimi götürülə bilər. Qərbin femminist inqilablı anlayışından fərqli olaraq Azərbaycan reallığında Azərbaycan xanımı səssiz, kübarca, zərifcə öz inkişafında və seçimlərində özünü cəmiyyətə ailəsinə və dünyaya tanıtmaqla məşğuldur. Düşünürəm ki, biz bunun öhtəsindən layiqincə gəlirik", deyə J.Əhmədova bildirib.
Daha ətraflı aşağıdakı linkdən baxmaq olar.


