Yunanıstan nümayəndə heyətinin başçısına ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib

Hit: 160
Yunanıstan nümayəndə heyətinin başçısına ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Yunanıstan nümayəndə heyətinin başçısı Sofiya Vultepsi ilə görüş olub.
 
Görüşdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev də iştirak edib.
 
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov Sofiya Vultepsiyə ölkəmizdə son illərdə həyata keçirilən ardıcıl sosial islahatlar barədə məlumat verib. Bu islahatlar nəticəsində sosial ödənişlərin ciddi şəkildə artırıldığı, DOST konsepsiyasının üstünlükləri qeyd edilib. Dövlət sosial xidmətlərinin elektronlaşdırılması, proaktiv xidmətlərin yaradılması istiqamətində əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.
 
Əlilliyi olan şəxslər və digər həssas əhali qruplarının, həmçinin aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsi, inklüziv cəmiyyətin inkişafı üçün həyata keçirilən tədbirlərdən bəhs olunub.
 
Əmək və sosial müdafiə sahəsində qanunvericiliyin mütərəqqi beynəlxalq təcrübəyə  uyğun təkmilləşdirilməsi sahəsində atılan mühüm addımlar diqqətə çatdırılıb. Bu istiqamətdə görülən işlərin, ümumən ölkəmizdə son illər aparılan sosial islahatların beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi vurğulanıb.
 
Görüş aparılan sosial islahatlara və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi ilə davam edib.








Redaktorun seçimi