TAU ilə Türkiyənin Bingöl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə Türkiyənin Bingöl Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədi TAU-nun prorektoru Mehmet Şimşir və Bingöl Universitetinin rektoru Erdal Çelik imzalayıb.
Müqavilədə müvafiq istiqamətlər üzrə müəllim-tələbə mübadiləsi, birgə tədqiqatların aparılması, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.


