BŞTİ müdiri Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

Hit: 156
BŞTİ müdiri Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
Ölkəmizdə səfərdə olan Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
 
Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova,  Ankara, İstanbul, İzmir və Bursa şəhərləri üzrə təhsil idarələrinin rəhbər şəxsləri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.
 
Görüş çərçivəsində iki ölkə arasında məktəbəqədər və ümumi təhsilin müxtəlif istiqamətləri, o cümlədən Azərbaycanla Türkiyənin qardaşlaşmış məktəblərinin faydalı əməkdaşlığının davam etdirilməsi, qabaqcıl təhsil ənənələrinin öyrənilməsi müzakirə edilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ərtafında fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, görüşün keçirildiyi 18 nömrəli tam orta məktəb də Türkiyənin İzmir Çiyli Yıldız Tınas İzmiroğlu Anadolu Liseyi ilə qardaşlaşıb, qarşılıqlı faydalı əlaqələr və əməkdaşlıq münasibətləri yaradıb.








Redaktorun seçimi