Niyazi Bayramov FHN-in Gəncə Regional Mərkəzinə yeni təyin olunan rəisi ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Rövşən Nəbiyev Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.
Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov polkovnik Rövşən Nəbiyevlə görüşüb, onu yeni təyinatı münasibətilə təbrik edib və xidməti fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, bundan əvvəl Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində çalışan polkovnik Elnur Məhərrəmov ötən ay həmin vəzifədən azad edilərək, FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunub.


