Ordubadda “Son zəng” tədbirləri keçirilib - FOTOLAR

Hit: 415
Ordubadda “Son zəng” tədbirləri keçirilib - FOTOLAR
Ordubad rayonunun ümumtəhsil məktəblərində 2024–2025-ci tədris ilinin başa çatması münasibətilə 14 iyun 2025-ci il tarixində “Son zəng” tədbirləri təşkil olunub.
 
Ordubad şəhər M.T.Sidqi adına 1 saylı tam orta məktəbdə təşkil olunan mərasimdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Təhsil şöbəsinin müdiri Samir Zeynalov, məktəb rəhbərliyi və kollektivi, şəhid ailəsi üzvləri, məzunlar və valideynlər iştirak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Giriş nitqi ilə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli məzunları təbrik edərək, onlara gələcək həyat yollarında uğurlar arzulayıb. O, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edib, müəllim və valideynlərin uşaqların formalaşmasında oynadığı əvəzsiz rolu xüsusi vurğulayıb. İcra başçısı Ordubad rayonunun məktəblərinin bu il də yüksək nəticələrlə fərqləndiyini qeyd edib və məzunların müstəqil Azərbaycanın vətəndaşı kimi ölkənin tərəqqisinə layiqli töhfə verəcəklərinə əminliyini ifadə edib. İcra başçısı çıxışında, həmçinin sabah – 15 İyun tarixində qeyd olunacaq Milli Qurtuluş Günü barədə də danışıb. O, bu tarixin Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olduğunu, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitliyin, inkişafın və müasir dövlətçilik əsaslarının qurulduğunu vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycanın qazandığı bütün uğurların təməlində məhz Milli Qurtuluşdan başlanan böyük dönüş dayanır.
 
Daha sonra  məktəbin direktoru, əməkdar müəllim Könül İsmayılova və şəhid Nihat Quluzadənin atası Qasım Quliyevin də çıxışları dinlənilib. Ardınca 2024–2025-ci tədris ili ərzində müxtəlif sahələrdə fərqlənən müəllim və şagirdlərə diplomlar təqdim olunub. 
 
Tədbir şagirdlərin ifasında təqdim olunan bədii-musiqili kompozisiyalarla davam edib.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi