AzTU ilə Türkiyənin Bingöl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Bingöl Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və Bingöl Universitetinin rektoru Erdal Çelik imzalayıb.
Müqavilədə müvafiq istiqamətlər üzrə müəllim-tələbə mübadiləsi, birgə tədqiqatların aparılması, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.


