Naxçıvanda məktəblilər üçün “Uşaqların əmək hüquqları” mövzusunda maarifləndirmə tədbiri

Hit: 171
Naxçıvanda məktəblilər üçün “Uşaqların əmək hüquqları” mövzusunda maarifləndirmə tədbiri
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli tam orta məktəbdə “12 İyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü" ilə əlaqədar “Uşaqların əmək hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları, həmçinin məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
 
Məktəblilərə uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyəti və uşaqların əmək hüquqlarının qorunması ilə bağlı görülən işlərdən bəhs edilib. Bundan əlavə məcburi əməyin və insan alverinin qarşısının alınması üçün birgə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
 
Qeyd edək ki, tədbir “İnsan hüquqları aylığı” çərçivəsində, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2025-ci il üçün Tədbirlər Planı”nın icrasının təmin edilməsi barədə”  əmrinin icrası ilə bağlı təşkil olunub.








Redaktorun seçimi