Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb

Bu ilin may ayında ailə başçısını itirməyə görə 194 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Bu barədə Faktor.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 137 mindən çoxu pensiya, 57 mindən çoxu isə müavinət alıb.


