Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı mayda - 61 % artıb

Hit: 169
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı mayda - 61 % artıb
Bu ilin yanvar-may aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 453 kiberhücum indikatoru (IOC) müəyyən edib.
 
Faktor.az-ın Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.
 
Kibertəhdidlərin 190-ı daxili araşdırma, 263-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
 
Təkcə mayda isə 82 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 61 % çoxdur.
 
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 082 zərərverici tərkibli elektron sənəd blok edilib.








Redaktorun seçimi