Məktəblərdə dərsliklərin təhvil alınmasına başlanılıb

Məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Vurğulanıb ki, bu həftədən prosesə başlanılıb.
Qeyd edək ki, iyunun 14-ü 2024/2025-ci tədris ili yekunlaşır.


