“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi faydalı layihələrinə davam edir - FOTOLAR

Hit: 272
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi faydalı layihələrinə davam edir - FOTOLAR
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi “Əylən, Öyrən, İnkişaf et!” şüarı ilə gənclərin inkişafına yönəlmiş maraqlı və faydalı layihələr həyata keçirməyə davam edir.
 
Müasir dövrün diqqət mərkəzində olan və geniş auditoriya tərəfindən maraq cəlb edən mövzulardan olan “Fikrini düzgün çatdır”, “Xarici dil öyrənmənin Sirrləri : 3D faktoru”, “Uğurlu Linkedin Profili”, “İngilis dili öyrənmə metodikası”, “Talk&Chill” conversation, “PərdəArxası Psixologiya”, “Sıfırdan Alman dili”, “Rəqəmsal Dövrün Yeni Sirrləri - Proqramlaşdırma”, “İçimizdəki Tənqidçi”  təlimləri gənclərdə böyük marağa səbəb olub.
 
Gənclərin müasir dövrdə geniş yayılan mobiloqrafiya sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə “VideoVision” - bir aylıq təlim proqramı təşkil olunub. Layihə çərçivəsində iştirakçılar telefon vasitəsilə peşəkar video çəkilişi, montaj,CapCut proqramında edit etməklə bağlı həm nəzəri, həm də praktiki biliklər əldə edib.
 
“Qatili Tap” layihəsi gənclərin məntiqi təfəkkürünü gücləndirmək, problem həll etmə bacarıqlarını inkişaf etdirmək və komanda işi kimi bacarıqlarını artırmaq məqsədilə keçirilib.
 
“Sağlam bədəndə sağlam ruh” prinsipi ilə gəncləri sağlam həyat tərzinə təşviq etmək, fiziki aktivliklərini artırmaq məqsədilə İctimai Birlik tərəfindən “Stolüstü Tennis Turniri” təşkil olunub.
 
Məlumat üçün qeyd edək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və  fəaliyyətə başladığı gündən etibarən gənclərin inkişafına yönəlmiş layihələrin təşkilində ardıcıl və fəal şəkildə iştirak edir.
 
Birlik, gənclərdə vətənpərvərlik duyğularının və dövlətçilik dəyərlərinin aşılanması, onların asudə vaxtlarının faydalı və maarifləndirici şəkildə təşkili məqsədilə gənclər siyasətinə töhfə verən müxtəlif istiqamətli layihələr həyata keçirir.
 
1
1
1
1
1
1








Redaktorun seçimi