Bakı Ali Neft Məktəbinə ekskursiya təşkil olunub - FOTOLAR

Hit: 272
Bakı Ali Neft Məktəbinə ekskursiya təşkil olunub - FOTOLAR
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 2025-ci ilin mayın 15-də bir qrup gənc üçün Bakı Ali Neft Məktəbinə (BANM) maarifləndirici ekskursiya həyata keçirilib.
 
Faktor.az xəbər verir ki, ekskursiyanın əsas məqsədi gənclərin ali təhsil ocaqları haqqında biliklərinin artırılması, onlarda elmə və təhsilə marağın təşviq olunması, eyni zamanda texnoloji yeniliklərlə yaxından tanışlıq imkanı yaratmaq olub. 
 
Ekskursiya zamanı gənclər müasir standartlara uyğun qurulmuş auditoriyalar, innovativ avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyaları və tələbələr üçün yaradılmış infrastrukturla tanışlıq imkanı əldə ediblər. Gənclərimiz həmçinin özlərinin müxtəlif suallarını ünvanlayaraq universitetin beynəlxalq əlaqələri, tələbəlik həyatı və gələcək karyera imkanları haqqında ətraflı məlumatlar öyrəniblər.
 
Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.
Birlik gənclərin vətənpərvərlik hisslərinin, dövlətçilik dəyərlərinin yüksəldilməsi, gənclərin asudə vaxtlarının səmərəli və öyrədici formada dəyərləndirilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.
 
 
1
1
1
1








Redaktorun seçimi