ADA Universitetinin nəşrləri MEK-ə hədiyyə olunub

Hit: 167
ADA Universitetinin nəşrləri MEK-ə hədiyyə olunub
ADA Universitetinin dəstəyi ilə çap edilmiş bir sıra nəşrlər Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim edilib. Hədiyyə olunan nəşrlər elm və mədəniyyət sahəsində mühüm əhəmiyyət kəsb edən əsərlərlə zəngindir.
 
Təqdim olunan nəşrlər sırasında ADA Universitetinin rektoru Hafiz Paşayevin müəllifi olduğu “Yüksəlişə doğru”, görkəmli yazıçı Mir Cəlalın hekayə və romanlarından ibarət “Mir Cəlal dünyası”, professor Nizami Cəfərovun “Azərbaycanşünaslıq mühazirələri”, akademik Musa Əliyevin “Ömrüm” kitabı, tanınmış Amerika tarixçisi Frederik Starın “İtirilmiş maarif” əsərinin Azərbaycan dilindəki tərcüməsi kitabı yer alır.
 
Bundan əlavə, 1918–1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzetinin və XIX əsrin sonlarında çap olunmuş iki hissəli “Vətən dili” dərsliyinin latın qrafikalı nəşrləri də MEK-in
fonduna daxil edilib.
 
Kitabxanaya təqdim olunan bu nəşrlərin hər biri Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini araşdıran tədqiqatçılar üçün dəyərli mənbədir.
 
 
 








Redaktorun seçimi