AzTU tələbələri Abşeron Logistika Mərkəzinə səfər ediblər

Azərbaycan Texniki Universitetinin (AzTU) MBA proqramının beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi ixtisaslaşmasının 1-ci və 2-ci kurs, Nəqliyyat və logistika fakültəsinin bakalavr səviyyəsi üzrə logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının 2-ci və 3-cü kurs tələbələri Abşeron Logistika Mərkəzinə səfər ediblər.
Tələbələri səfərdə Nəqliyyat və logistika fakültəsinin dekan müavinləri Qəzənfər Axundov, Sevinc Abdinzadə və Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının baş müəllimi Əvəz Əsgərov müşayiət edib.
Burada tələbələrə Abşeron Logistika Mərkəzinin tarixi, geostrateji yerləşmə mövqeyi, texniki imkanları və burada yaradılan iş imkanları barədə məlumat verilib.
Tələbələr AzTU-nun mərkəzdə fəaliyyət göstərən tədris mərkəzi ilə də tanış olublar.
Səfər çərçivəsində tələbələrə müvafiq istiqamətlərdə pratiki dərslər keçirilib.


