Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları kibertəhdidlər haqqında məlumatlandırılıb

Hit: 178
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları kibertəhdidlər haqqında məlumatlandırılıb
Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və müharibə iştirakçılarına  “İnformasiya Təhlükəsizliyi” mövzusunda təlim təşkil edilib.
 
İştirakçılara informasiya təhlükəsizliyinin əsas prinsipləri izah edilib. Onlara fərdi məlumatların və bank kartlarının mühafizəsi üsulları, şifrələrə dair qaydalar, sosial mediada təhlükəsizliyin təmin edilməsi, kibercinayətkarlıq risklərinin minimallaşdırılması barədə geniş məlumat verilib.
 
Real həyatda qarşılaşılan kibertəhdidlər haqqında praktik biliklər və təhlükəsizlik tədbirlərini tətbiq etməyə imkan yaradan interaktiv sessiyalar keçirilib. Fişinq hücumları, sosial mühəndislik texnikaları və şəxsi məlumatların qorunması ilə bağlı nümunələr təqdim olunub.
 
Təlimin təşkil edilməsində məqsəd vətəndaşları informasiya təhlükəsizliyinin əhəmiyyəti, kiber hücumların qarşısının alınması və şəxsi məlumatların qorunması kimi vacib mövzularda maarifləndirməkdir.








Redaktorun seçimi