Ötən ay 38 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır.
Mərkəzdən Faktor.az-a verilən məlumata görə, may ayı ərzində Bakı şəhəri üzrə 12, respublikanın digər şəhər və rayonlarında isə 26 aptek olmaqla ümumilikdə 38 aptekdə yoxlama aparılıb.
Aparılan yoxlamalar nəticəsində 4 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.


