Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilib

Hit: 280
Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilib
Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində Qarabağ Universitetində yeni təqaüd proqramı ilə bağlı memorandum imzalanıb.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, sənəd yeni təqaüd proqramının tətbiqini nəzərdə tutur və bu təşəbbüs tələbələrin təhsilinin dəstəklənməsi, eləcə də təhsildə keyfiyyətin artırılması məqsədilə həyata keçiriləcək.
 
“Qarabağ Təqaüd Proqramı” fərqli sektorları təmsil edən qurum və şirkətlərin - Qarabağ Dirçəliş Fondu, “Veysəloğlu” Şirkətlər Qrupu, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank” ASC, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, “McDonald’s Azərbaycan” QSC, “PSG Capital” İnvestisiya, ASELSAN, “GEN ilaç”, “Çaşıoğlu” şirkətləri, “LANDAU School” məktəb kompleksi, “Hədəf” Şirkətlər Qrupu, “İnci” Şirkətlər Qrupu, “Code Academy”, Bakı Dizayn Akademiyası və TUNA şirkətinin rəsmiləri tərəfindən imzalanıb.
Onlar Qarabağ Universitetində təhsil alan tələbələr üçün təqaüd təsis etmək öhdəliyini üzərlərinə götürüblər.








Redaktorun seçimi