DİA tələbələri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə tanış olub

Hit: 169
DİA tələbələri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə tanış olub
2025-ci il mayın 28-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin Dövlət və ictimai münasibətlər ixtisası üzrə təhsil alan tələbələri QHT-lərə Dövlət Dəstəyi Agentliyində olublar. Agentliyin nümayəndəsi Fuad Rzazadə tələbələri Müstəqillik günü münasibətilə təbrik edib, qurumun fəaliyyəti barədə ətraflı təqdimat edib, sualları cavablandırıb. Görüşdə DİA rektorunun təşkilati məsələlər, tələbələrlə iş, ictimai əlaqələr üzrə müşaviri Zaur Məmmədov da iştirak edib.








Redaktorun seçimi