"GƏLƏCƏYİNİ QUR!” layihəsi iştirakçı qəbuluna start verib

Hit: 222
"GƏLƏCƏYİNİ QUR!” layihəsi iştirakçı qəbuluna start verib
"GƏLƏCƏYİNİ QUR!” layihəsi iştirakçı qəbuluna start verib.
 
Faktor.az xəbər verir ki, universitetə qəbul üçün əlavə dəstəyə ehtiyacı olanlar layihəyə müraciət edə bilərlər.
 
Layihə çərçivəsində aşağıdakı imkanlar təqdim olunur:
 
– Ödənişsiz fənn hazırlıqları
– Psixoloq dəstəyi
– İxtisas seçimi
– İnkişafetdirici fəaliyyətlər
– Yoldaşlıq, dəstək və motivasiya dolu bir mühit
 
Kimlər müraciət edə bilər?
 
– Hazırda 10, 2025–2026-cı tədris ilində, yəni bu ilin sentyabr ayında 11-ci sinifdə oxuyacaq şagirdlər;
– Oxumağa, inkişaf etməyə və tələbə adını qazanmağa motivasiyası olan şagirdlər;
– Bakı şəhərində yaşayan və sosial cəhətdən həssas ailədən olan şagirdlər.
 
Son müraciət tarixi: 5 iyun 2025-ci il
 
Müraciət linki: http://bit.ly/qeydiyyat2025
 
Əlavə sual üçün bizə yaz: +994 55 382 37 31








Redaktorun seçimi